PSJ klubunun portuqaliyalı yarımmüdafiəçisi Renatu Sanşeş 1 illik icarə əsasında "Roma"ya keçir.
Prosport.Az xəbər verir ki, bu barədə tanınmış italiyalı insayder Fabritsio Romano məlumat verib.
Qeyd edək ki, Renatu Sanşeş PSJ-yə ötən mövsüm "Lill" klubundan transfer olunmuşdu.

