Ötən həftə “Sabah”dan ayrılan Coy-Lons Mikelsin yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, almaniyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanının I divizionunda çıxış edən “Əl-Faysal”da davam etdirəcək.
İmzalanma mərasimində "Əl-Faysal"ın İdarə Heyətinin rəhbəri Əbdül Məcid ibn Əbdüləziz Əl-Aimin də iştirak edib.
Xatırladaq ki, Coy-Lons Mikels 2021-ci ildən “Sabah”da çıxış edirdi. O bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub. "Əl-Faysal" 300 min avro ödəyərək Konqo əsilli futbolçunu "Sabah"dan transfer edib.

