“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Türkiyənin “Beşiktaş” klubu Qazaxıstan millisinin futbolçusu Bəxtiyar Zaynutdinovu transfer edib.
Prosport.Az xəbər verir ki, Rusiyanın MOİK (Moskva) klubunda çıxış edən yarımmüdafiəçi ilə hərtərəfli razılıq əldə olunub.
Transfer İstanbul nəhənginə 4,5 milyon avroya başa gələcək. 25 yaşlı pleymeyker özü isə yeni komandası ilə 4 illik müqavilə imzalayacaq. Bəxtiyar Zaynutdinov “Beşiktaş”da yerli statusda oynayacaq. Çünki cari mövsümdən tətbiq edilən qaydalara görə, türkdilli ölkələrin 1 futbolçusu Türkiyə klublarında əcnəbi sayılmayacaq.
Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” avqustun 17-də İstanbulda cavab oyununa çıxacaq. Bakıdakı ilk görüşdə Türkiyə klubu 3:1 hesablı qələbə qazanıb.

