“Neftçi” Rumıniya millisinin hücumçusu Denis Alibeki transfer etmək istəyir.
Prosport.Az xəbər verir ki, Rumıniya mətbuatı Azərbaycan klubunun bununla bağlı 32 yaşlı hücumçuya təklif göndərdiyini yazıb.
“Ağ-qaralar”ın Alibekə aylıq 50 min avro maaş təklif etdiyi bildirilir. Lakin onun Azərbaycana köçmək ehtimalı o qədər də yüksək qiymətləndirilmir. Çünki Qətər klubu “Əl-Muaydar” Alibekə 8 aylıq müqavilə qarşılığında 800 min avro ödəməyə hazırdır.
Futbolçu özü açıqlamasında hələ seçim etmədiyini bildirib. Ancaq o, Rumıniyanın “Farul” klubundan ayrılacağını istisna etməyib: “Farul”dan ayrılmaq çətindir. Ancaq həll etməli olduğum başqa seçimlər var. Transfer hələ dəqiq deyil. Qətərdə isə qaydalarla bağlı bir az sərbəstlik var”.
Qeyd edək ki, tatar mənşəli olan Denis Alibekin “Farul”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

