Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "PFL bizə müraciət edəndə "Səbail"lə oyunu təxirə salmaq gec idi" – Adrian Mutu
    14.08.2023 23:46:37

    "Neftçi" Azərbaycan Premyer Liqasının II turunda doğma meydanda "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"in baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:

    – Fiziki baxımdan bizim üçün çətin oyun oldu. Çünki komandada yorğunluq var idi. Rəqibin qapısı qarşısındakı epizodları qola çevirə bilmirdik. Oyunun ritmi bizim üçün çox yüksəkdir. Yaxşı məşq etməyə vaxt olmur. Sabah İstanbula yola düşürük. İstanbuldan qayıtdıqdan sonra 1 gün fasilə ilə növbəti matça çıxacağıq. Vaxtımız olmur ki, futbolçuları oyunlara lazımı səviyyədə hazır edək. Fiziki baxımdan bizim üçün çətin dövrdür.

    – Bu həftə "Sabah"ın çempionatdakı oyunu təxirə salındı. PFL-dən bildiriblər ki, "Qarabağ" və "Neftçi"yə də bununla bağlı təklif irəli sürülüb, imtina edilib. Bu məsələyə necə münasibət bildirəcəksiniz?
    – PFL bizə müraciət edəndə bu oyunu təxirə salmaq gec idi. "Beşiktaş"la matçdan öncəki oyunu təxirə salmaq olardı. Müraciət etdik ki, həmin görüşü təxirə salaq, bizə "yox" cavabı verildi. Digər komandalara nəzər yetirsək, 5 oyun ardıcıl evdə oynayanlar var. Amma biz hər dəfə səfərə gedib-gəlməliyik. Çətin dönəmi adlayacağıq. Milli komandaların oyunlarına görə verilən fasilədən yararlanıb komandanın durumunu daha da yaxşılaşdıracağıq. Çoxlu enerji itirmişik. "Jelezniçar"la ev oyunundan sonra belə oldu. Növbəti mərhələ üçün bütün gücümüzü qoyduq. Ardınca sonra səfərə getdik, Gəncədə uduzub qayıtdıq. "Beşiktaş"la matçda da sona qədər mübarizə apardıq ki, bərabərliyə nail olaq. Hətta bugünkü oyunda rəqibin qapısına gəlib çatdıqda, yorğunluq görünürdü və hücumu kifayət qədər effektiv bitirə bilmirdik. Bir neçə həftədən sonra komanda daha yaxşı olacaq. Çəni yanacaqla dolduracağıq ki, qarşıdakı oyunlarda səmərəli istifadə edək.

    – Aaron Olanare ilk hissədə meydanda görünmədi. Onu niyə əvəzləmədiniz?
    – Aaronun artıq çəkisi yoxdur, sadəcə bədəni belədir. Onu mühakimə etməyimiz düzgün olmaz. Bizimlə cəmi 3 məşq edib. Onu əvəzləyəcək digər "9 nömrə"miz yoxdur. Öncəki oyunlara nəzər yetirsəniz, Andre Sinyasiki və Filip Ozobiçi həmin mövqedə yoxlamışam. Yeni transferləri gözləyirik. Onlar gələndən sonra daha yaxşı olacaq.

    – 2 tura 1 xal qazanmısınız və növbəti turda "Sabah"la oynayacaqsınız. "Neftçi"dən nə gözləyək?
    – Onların da Belqrad səfəri var. Mənim üçün vacib olan amil odur ki, əlimdəki oyunçulara kifayət qədər zaman verim və onlar formalarını bərpa etsinlər. Başa düşürəm, hansı perioddayıq və fiziki hazırlığımız ürəkaçan deyil. Biz bunu qəbul edirik. Öz üzərimizdə işləyirik ki, milli oyunlarla əlaqədar yaranacaq fasilədən yaxşı istifadə edək. Hər matçda olduğu kimi, "Sabah"la oyundan da qələbə gözləmək lazımdır. Onlar yaxşı komandadır. "Beşiktaş"la oyunda 2-ci hissəni çox yaxşı keçirdik. Hətta bu gün də sürəti təyin edən komanda biz idik. Baxmayaraq ki, sürət görmək istədiyim durumda deyildi. Bir neçə epizodumuz oldu, amma bəxtsizlikdən qol vura bilmədik. Hazırda komanda 50 faizini nümayiş etdirir.

    – Emin Mahmudov meydandan çıxanda kapitanlıq sarğısını Qara Qarayevə yox, Rəhman Hacıyevə verdi. Bunu siz istəmişdiniz, yoxsa Eminin öz qərarı idi?
    – Mənim tərəfimdən verilən qərar deyil, oyunçular öz aralarında danışıb qərar veriblər. Qara da meydanda idi, amma o, komandaya yeni qoşulub.

    – Oyunun son 20 dəqiqəsində Qara Qarayevə nəsə deyirdiniz. Ondan narazı idiniz? 
    – Meydanda onun mövqeyinə düzəliş edirdim. Siz də başa düşməlisiniz ki, Qara son zamanlar oyunda çox dəqiqə ala bilmir. O da oynamalıdır ki, istədiyi ritmi ala bilsin. Ondan gözləntim daha da çoxdur, çünki güclü oyunçudur. Eyni şeyi Emindən də gözləyirəm. Eddi İsrafilov, Kilan Lebon da zədəlidir. Görünür ki, komanda yaxşı toplanış keçməyib. Biz də reallığa düz baxmalıyıq. Bilirik ki, hələ üzərimizdə işləməliyik. Sizə söz verirəm ki, qarşıdakı periodda daha yaxşı məşq edəcəyik, daha yaxşı oynayacağıq. Meydança amili də komandaya ağırlıq verirdi, istədiyimiz oyunu göstərə bilmirdik. Bu cür oyunlarda qələbə qazanmaq üçün yüksək ritm tətbiq etməlisən. Çünki rəqib 25 metrdə bütün komanda ilə müdafiədə oynayırdı. Aşağı ritmlə bu müdafiəni yarmaq çox çətin idi. Hər iki komandanın strategiyası müdafiədə dayanıb, əks-hücumlardan istifadə etmək idi. Meydanın rəqibə aid olan hissəsində çox güc sərf edəndə, özünə aid meydançanda boşluqlar buraxırsan. Üzücü məqam odur ki, bunu bilirdik və hazırlaşmışdıq. Əks-hücumların birində qapımızda qol gördük.

    – Son dəqiqələrdə çox əsəbi idiniz. Futbolçular istədiyinizi edə bilmirdi, yoxsa səbəb başqa idi?
    – Çox hirsli idim, çünki məğlub olmağı xoşlamıram. Hətta evdə oğlumla futbol oynayanda da qalib gəlmək istəyirəm. Futbolu çox sevirəm, bu idmana çox həssas yanaşıram. Görəndə ki, komandam epizodu qola çevirə bilmir, bu məni özündən çıxarır. Bu kluba, oyunçulara inamım çox böyükdür. Bilirəm ki, onlar indikidən daha çoxunu edə bilərlər.

    Futbol

    UEFA reytinqi: Azərbaycan futbolunda yeni rekord

    31.07.2026 10:31:52
    Futbol

    Mahir Emreli oynadı, komandası darmadağınla mərhələ adladı

    31.07.2026 09:48:29
    Futbol

    "Bolqarıstanda necə böyük komandanı məğlub etdiyimizi bilirlərmi?" - Xristo Yanev

    31.07.2026 09:00:25
    Futbol

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11
    Futbol

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı - VİDEO

    31.07.2026 00:55:46
    Futbol

    "Neftçi" üçün avrokubok macərası erkən bitdi - VİDEO

    30.07.2026 22:55:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    UEFA reytinqi: Azərbaycan futbolunda yeni rekord

    31.07.2026 10:31:52

    Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

    31.07.2026 10:07:05

    Mahir Emreli oynadı, komandası darmadağınla mərhələ adladı

    31.07.2026 09:48:29

    "Bolqarıstanda necə böyük komandanı məğlub etdiyimizi bilirlərmi?" - Xristo Yanev

    31.07.2026 09:00:25

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı - VİDEO

    31.07.2026 00:55:46

    "Neftçi" üçün avrokubok macərası erkən bitdi - VİDEO

    30.07.2026 22:55:12

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39

    Dünya çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bilindi

    30.07.2026 22:18:33

    "Zirə" avrokuboklarla vidalaşdı - VIDEO

    30.07.2026 21:53:43

    "Sumqayıt" "Şamaxı"nı məğlub etdi

    30.07.2026 21:29:42

    MOİK - "Qarabağ": HEYƏTLƏR

    30.07.2026 21:07:49

    "Dinamo" - "Neftçi": HEYƏTLƏR

    30.07.2026 20:24:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved