9-cu dəfə İtaliyanın Palmanovo şəhərində keçirilən Fabio Dzukkeri adına U-14 beynəlxalq turnirində "Qarabağ" 4-cü olub.
Prosport.Az-ın xəbərinə görə, "Qarabağ" əvvəlcə "Kyarlins Muzane"ni (İtaliya) 3:0 məğlub edib. Qolları Zəfər İbrahim (2) və Musa Musayev vurub.
Daha sonra komanda "Bolonya" ilə qolsuz heç-heçə edib. Qrup mərhələsinin son oyununda isə "Xayduk" (Xorvatiya) 1:0 məğlub edilib.
7 xalla yarımfinala vəsiqə qazanan Asif Əlizadənin yetirmələri burada "Zrinski"yə (Bosniya və Herseqovina) 1:2 uduzub. Bürünc medal görüşündə isə "köhlən atlar" yenidən "Bolonya" ilə qarşılaşıb. Yenə əsas vaxtda qol vurulmayıb. Penaltilərdə daha təcrübəli rəqib 5:3 qalib gəlib.
Beləliklə, Azərbaycan 2-cisi olan "Qarabağ" 12 komandanın iştirak etdiyi turnirdə 4-cü olub.

