Məktəbli qızlar arasında keçirilən boks üzrə respubilka birinciliyinə yekun vurulub.
Prosport.Az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan yarışda "Neftçi" İdman Klubunun yetirmələri inamlı çıxışları sayəsində 6 medal (4 qızıl, 1 gümüş, 1 bürünc) əldə ediblər.
Xanım boksçulardan Aysu Məmmədova (40 kq), Nərgiz Bədəlova (50 kq), Nuray Qafarova (52 kq) və Atlas Əliyeva (66 kq) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionluğunun sevincini yaşayıblar.
Digər idmançılardan Aylin Məmmədzadə (40 kq) 2-ci, Əsnad Nəsirova (54 kq) isə 3-cü pillədə qərarlaşıb.

