Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Boş vaxtımda bəzən Stokholma çıxıb, bir az alış-veriş edirəm" – Musa Qurbanlı
    9.08.2023 11:39:39

    “Çıxışımdan nadir hallarda razı qalıram”.

    Prosport.Az xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “Forum 1891” nəşrinə müsahibəsində deyib.

    Yay fasiləsində “Qarabağ”dan Stokholm komandasına keçən 21 yaşlı hücumçu hələ də ideal formasından uzaq olduğunu etiraf edib: “Öz üzərimdə çalışıram, məşqlərimi edirəm. Ən yaxşı formamı yığmaq üçün mənə bir neçə oyun lazımdır. Kollektivə uyğunlaşmağa çalışıram. Bura mənim üçün tam fərqli liqa və yeni komandadır. Düşünürəm ki, zaman keçdikcə daha yaxşı olacaq. Çox narahat deyiləm, əksinə durmadan üzərimdə işləyirəm. Bilirəm ki, daha yaxşısını edə bilərəm”.

    Qurbanlı “Yurqorden”ə tam uyğunlaşa bilməməsini İsveçdə mövsümün gedişi zamanı komandaya qoşulması ilə əlaqələndirib: “İsveçdə mövsümün ortası olduğu üçün futbolçular yaxşı formadadırlar. Mən isə mövsümöncəsi təlim-məşq toplanışından gəlmişəm. Bura gələrək müqavilə bağladım və Bakıya qayıtdım, 10 gün komanda ilə məşqlərdən kənarda qaldım”.

    O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrə klubu “Lutsern”ə məğlubiyyəti (1:2, 1:1) də dəyərləndirib. Forvard həmin görüşdə əlinə düşən qol imkanından yararlana bilməməsinə təəssüfləndiyini söyləyib: “Konfrans Liqasında mübarizəni davam etdirmək istəyirdik. Amma belə olmadı. “Lütsern”lə matçı daha yaxşı keçirə bilərdim. Həmişə uğura “acam”, inkişaf etməyə can atıram. Hətta bir neçə qol vurduğum oyunlarda da özümdən tam razı qalmıram. Başımızı dik tutacaq, çalışmağa davam edəcəyik. İndi İsveç çempionatında qarşıdakı oyunları səbirsizliklə gözləyirik”.

    Gənc oyunçu ölkə çempionatının XIX turunda avqustun 13-də “Yöteborq”a qarşı keçiriləcək səfər matçına hazır olduqlarını hesab edir: “Rəqibimizi təhlil edir, eyni zamanda, daxildə hazırlaşırıq. Hər gün idman zalında və meydanda çox işləyirik, həmişə olduğu kimi, öz durumumuzu təhlil edirik. “Yöteborq”la görüşə əvvəlki matçlardakı kimi hazırlaşırıq”.

    Qurbanlı “Yurqorden”də hücumçuların çox olmasının ona problem yaratmayacağını düşünür: “Rəqabət həmişə yaxşıdır. Bu, həm oyunçu, həm də komanda kimi inkişaf etməyimizə kömək edir. Güclü futbolçular çox olduqda, hər zaman ən yaxşı oyununu göstərməyə məcbur qalırsan. Buradakı rəqabət də əyləncəlidir”.

    Azərbaycan millisinin üzvü Stokholmdakı gündəlik həyatından da bəhs edib. O, İsveçin paytaxtından heyranlıqla danışıb: “Stokholmda hava yaxşıdır. Bəzən yağış yağır, amma bu havanı xoşlayıram. Xüsusən də, məşq edən zaman yağışın yağması yaxşıdır. Amma eşitmişəm ki, burada qış çox soyuq keçir. Hələlik heç bir problem yoxdur. Məsələn, Azərbaycanda yayda 40 dərəcəyədək isti olur. Qışı soyuq keçir, ancaq İsveçdəki qədər deyil. Ümumiyyətlə, İsveç çox gözəl ölkədir. İnsanlar mehribandır, qonaqpərvərdir, mənə gülümsəyirlər. Buna görə çox xoşuma gəlir, şəhər heyrətamizdir. Komanda yoldaşlarım da mehriban və gülməli insanlardır. Burada olmaqdan həzz alıram. Düşünürəm ki, çox yaxşı uyğunlaşdım. Boş vaxtımda bəzən şəhərə çıxıb, bir fincan qəhvə içirəm və ya bir az alış-veriş edirəm. Burada sadə həyat yaşayıram”.

    Qeyd edək ki, Musa Qurbanlı ötən ay “Yurqorden”lə 3 illik müqavilə bağlayıb.

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved