Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Olimpyu Morutsan “Neftçi”yə keçməyə yaxındır.
Prosport.Az xəbər verir ki, ötən mövsümü icarə əsasında İtaliyanın “Piza” klubunda keçirmiş Rumıniya millisinin yarımmüdafiəçisi “Bari”, “Palermo”, “Sampdorya” kimi klubların təklifinə baxmayaraq, İtaliyaya qayıtmaqdan imtina edib. “Neftçi”nin baş məşqçisi postunda Adrian Mutunun yer alması 24 yaşlı oyunçunun qərarına təsir göstərib.
Hücumameyilli mərkəz yarımmüdafiəçisi olan Morutsanı birillik icarəyə götürmək variantını nəzərdən keçirən “Neftçi”nin hazırda “Qalatasaray” rəhbərliyi ilə danışıq apardığı vurğulanıb. Keçidin tezliklə reallaşması gözlənilir.
Qeyd edək ki, “Qalatasaray”la müqavilə müddəti 2026-cı ilin yayına qədər olan Olimpyu Morutsanın transfer dəyəri 4,5 milyon avroya bərabər göstərilir.

