Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Prosport.Az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqiblərinin adına aydınlıq gəlib.
Ağdam təmsilçisi III mərhələdə Finlandiya HİK-ini keçsə, pley-offda “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
“Olimpiya” (Sloveniya) və “Qalatasaray” (Türkiyə) Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.

