"Qarabağ"ın Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK-ə (Finlandiya) qarşı keçirəcəyi görüşü yayımlayacaq telekanal bəlli olub.
Prosport.Az xəbər verir ki, qarşılaşmanı "İdman TV" canlı yayımlayacaq.
"Qarabağ" – HİK görüşü avqustun 10-da keçiriləcək və 20:00-da başlayacaq.
Cavab görüşü isə avqustun 17-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.

