Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya "Dinamo"sunun da potensial rəqibi müəyyənləşib.
Zaqreb təmsilçisi III təsnifat mərhələsində AEK-i (Yunanıstan) keçsə, pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 22-23 avqustda, cavab görüşləri isə 29-30 avqustda keçiriləcək.

