“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan çempionatları tarixinin 61-ci əcnəbi mütəxəssisi olub.
Prosport.Az xəbər verir ki, rumıniyalı komandasının 2023/2024 mövsümünün I turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduğu görüşdə debüt edib.
Mutu eyni zamanda, 4-cü rumıniyalı baş məşqçi kimi Premyer Liqa tarixinə düşüb. Ona qədər Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Reqekampf Azərbaycan çempionatında çalışıb.
44 yaşlı baş məşqçi həm də “Neftçi”nin tarixində 6-cı əcnəbi mütəxəssisdir. Daha əvvəl Anatoli Demyanenko, Hans-Yürqen Qede, Vlastimil Petrjela, Roberto Bordin və Laurentsiu Reqekampf “ağ-qaralar”a rəhbərlik edib.

