“Qarabağ”ın UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun UEFA Avropa Liqasında HİK-lə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni 3-cü dərəcəli turnirdə davam etdirəcək.
Bu cütün potensial rəqiblərindən 2-si Avropa Liqasında III raundun məğlubu, 3-ü isə Konfrans Liqasında III təsnifat mərhələsinin qalibi olacaq.
“Qarabağ” – HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:
“Valmiera” (Litva) – “Partizani” (Albaniya) cütünün qalibi
“Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi
“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi.
Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya) cütünün məğlubu.
Avropa Liqasında “Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.
Qeyd edək ki, bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

