Azərbaycan Premyer Liqasında ilk tura darmadağınla yekun vurulub.
Prosport.Az xəbər verir ki, bağlanış oyununda cari mövsüm avrokuboklarda çıxış edən "Sabah" klubu "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena"da keçirilən matçda meydan sahibləri 5:0 hesablı qələbə qazanıb.
Qolları 21-ci dəqiqədə Emmanuel Ape, 36-cı dəqiqədə Anatoli Nuriyev, 45-ci dəqiqədə Aleksey İsayev, 56-cı dəqiqədə Coy-Lans Mikels və 79-cu dəqiqədə Tellur Mütəllimov vurub.
Bu qələbədən sonra 3 xalı olan "Sabah" vurulan qolların sayına görə liderliyə yüksəlib. Xalı olmayan "Qəbələ" isə buraxılan topların sayına görə sonuncu pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" "Qarabağ"ı, "Kəpəz" isə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

