Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, "Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşmada sensasiya qeydə alınıb.
Premyer Liqada sponsorsuz olan yeganə klub olan və autsayder gözü ilə görülən meydan sahiblər minimal hesablı qələbə qazanıb – 1:0. Yeganə qolu 44-cü dəqiqədə penaltidən gürcüstanlı Mate Kvirkviya vurub. Bu qələbədən sonra ilk xallarını qazanan "sarı-göylər" 3-cü pillədə qərarlaşıb. Xalı olmayan "ağ-qaralar" isə 8-cidir.
Tura saat 20:00-da başlayacaq "Sabah" – "Qəbələ" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

