"Kəpəz"dən ayrılan Bəxtiyar Həsənalızadə karyerasını Türkiyənin I divizion klubunda davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək.
O, İstanbul təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçunun keçidində AFFA-nın seleksiyaçı məşqçisi İlqar Qurbanov vasitəçilik edib.
Xatırladaq ki, daha əvvəl Coşqun Diniyev Türkiyənin I divizion klubu "Ümraniyəspor"a transfer olmuşdu.

