UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin "Jelezniçar"la oyununda ciddi zədə alan Azər Əliyevin son durumu qismən bəlli olub.
Bu barədə Prosport.Az saytına "Neftçi"nin həkimi Şaiq Zöhrablı məlumat verib:
"Onun sağ qolu yerindən çıxmışdı. Dərhal stadionda onu yerinə saldıq. Daha sonra xəstəxanaya aparıldı. Şükür Allaha, hər hansısa sınıq yoxdur. Ancaq onun "Beşiktaş"la oyunda meydanda olub-olmaması MRT müayinəsindən sonra dəqiq bilinəcək".
Qeyd edək ki, "Neftçi"nin 2:0 qalib gəldiyi oyunda cinah müdafiəçisi mövqeyində oynayan Azər Əliyev 19-cu dəqiqədə yerini Azər Salahlıya verməli olub.
