AFFA UEFA ilə danışıqlar aparır.
Prosport.Az-ın xəbərinə görə, AFFA 10 avqusta salınmış 3 avrokubok matçından birinin oyun gününün və ya yerinin dəyişdirilməsi üçün UEFA ilə əlaqədədir.
Bu barədə saytımıza AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib: "Hazırda UEFA-nın Yarışların Keçirilməsi Departamenti ilə danışıqlar aparılır. Danışıqların əsas məqsədi eyni günə salınmış 3 avrokubok matçından 1-nin oyun gününün və ya yerinin dəyişdirilməsi ilə bağlıdır".
Qeyd edək ki, bu matçlardan UEFA Avropa Liqası matçı olan "Qarabağ" – HİK oyununun keçirilmə günü və ya yerinin dəyişdirilməsi real görünmür. Buna səbəb artıq HİK-in Bakı səfəri ilə bağlı planlarını tərtib etməsidir. Artıq "Neftçi"nin oyun yerləri "Beşiktaş"a görə dəyişdirildiyindən, dəyişikliyin "Sabah"ın oyunları ilə bağlı ola biləcəyi daha realdır.
Səbuhi Musa

