Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i UEFA Avropa Konfrans Liqası ilə vidalaşıb.
Prosport.Az xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Lutsern"in qonağı olan Stokholm təmsilçisi 1:1 hesablı heç-heçə edib. Evdəki ilk qarşılaşmada rəqibinə uduzan (0:1) qonaqlar iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.
Oyuna ehtiyatda başlayan Musa Qurbanlı 38-ci dəqiqədə zədələnən Oskar Faleniusun əvəzinə meydana daxil olub.

