AFFA U-16 Liqasının II mərhələsinin XIII turunda “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib.
Prosport.Az-ın məlumatına görə, Sərhədçi İdman Mərkəzində keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ” ilk hissəni Abbas Məmmədlinin qolu ilə üstün başa vurub. Ağdam təmsilçisi 2-ci yarıda üstünlüyünü daha da artırıb. Məhəmməd Ağamalıyev, Ruhid Məmmədi, Daniil Rəcəbov və Məhəmməd Məmmədovun vurduğu qollar komandaya inamlı qələbə qazandırıb.

