"Rəqib bizdən üstün oynayaraq layiqli qələbə qazandı".
Prosport.Az məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis ilk matçda daha yaxşı oynadıqlarını bildirib: "Ötən həftə keçirilən qarşılaşmada komandamdan istədiyimi meydanda görürdüm. Həmin görüşdə üstün tərəf biz idik".
Yeni komanda olduqlarını xatırladan çalışdırıcı oyundan-oyuna iddialarını göstərəcəklərini söyləyib: "İnanıram ki, yenidən Konfrans Liqasında qüvvəmizi sınayacağıq".

