Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Emin Mahmudovla Qara Qarayev qardaş kimidir” – Adrian Mutu
    4.08.2023 00:13:44

    “Növbəti mərhələyə adlamağa layiq idik”.

    Prosport.Az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu 8-ci km stadionunda Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

    Rumıniyalı mütəxəssis ilk görüşdəki 2:2 hesablı bərabərliyin revanşında rəqibi üstələdikləri üçün sevincli olduğunu bildirib: “Ağır oyun oldu. Hər iki matçı yaxşı keçirdik. Növbəti mərhələyə adlamağa layiq idik. Hər şeyə əvvəldən başlamışıq. Hara kimi irəliləyəcəyimizi bilmirəm”.

    O, növbəti mərhələdə Türkiyə klubu “Beşiktaş”la qarşılaşmağın daha maraqlı olacağını düşünür: “Beşiktaş” çox güclü rəqibdir. Onlarla üz-üzə gəlsək, çox maraqlı 2 görüş olacaq. Amma əvvəlcə çempionatın ilk turunun görüşünü düşünürük”.

    Baş məşqçi yeni hücumçu transferi üzərində çalışdıqlarını söyləyib: “Hazırda iki gənc hücumçumuz var. Amma rəqabətin artması üçün yeni hücumçu transfer etmək istəyirik. Bu, bir az zaman alan prosesdir”.

    Mutu matçın gedişində zədələnən Azər Əliyev, həmçinin, yeni transfer Ervin Kofinin durumu barədə də məlumat verib: “Azər Əliyev hələ də xəstəxanadadır. Dirsəyindən zədə alıb. Ümid edirəm ki, tezliklə sağalacaq. Yeni transferimiz Kofi də zədəlidir. Buna baxmayaraq, bu gün komandamızla bir yerdə olmasını istədim. Həmçinin Qara Qarayev də bizimlə bir yerdə idi. Biz bir ailəyik”.

    44 yaşlı mütəxəssis “Neftçi”nin yerli oyunçularından razılıqla danışıb: “Yerli oyunçulardan şikayət eləmək istəmirəm. Komandamızda çox güclü yerli futbolçular var. Verdiyim tapşırıqları yaxşı qavrayırlar, yerinə yetirməyə çalışırlar. Məqsədimiz titul qazanmaqdır. Amma bu heç də asan deyil. Söz verə bilərəm ki, hər oyunda 100% gücümüzü ortaya qoyacağıq”.

    O, “Qarabağ”dan transfer edilən Qara Qarayevin vitse-kapitan olub-olmayacağı ilə bağlı sualı bu cür cavablandırıb: “Qara Qarayev çox yaxşı futbolçudur, Azərbaycan futbolu üçün önəmlidir. Hazırda kapitanımız var. Emin Mahmudovla Qara qardaş kimidirlər. Kapitanlıq sarğısını kimin daşımasının fərqi yoxdur. Əsas odur ki, meydanda olduğu zaman lider kimi davransın. Eddi İsrafilov da bizim kapitanlarımızdan biridir”.

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved