"Jelezniçar"ın baş məşqçisi Nermin Başiç "Neftçi" ilə UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin oyunundan sonra keçirilən mətbuat konfransına qatılmayıb.
Prosport.Az-ın xəbərinə görə, onun yerinə kapitan Aleksandar Kosoriç konfrans zalına gəlib.
Futbolçu baş məşqçisinin başı ağrıdığı üçün konfransa qatıla bilmədiyini qeyd edib.
Azərbaycanlı jurnalistlər isə bunu hörmətsizlik qəbul edərək ona sual verməyib.

