Çempionlar Liqasındakı çıxışını yekunlaşdıran "Qarabağ" avrokubok macərasında Avropa Liqasında davam edəcək. Prosport.Az xəbər verir ki, Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə (Finlandiya) qarşılaşacaq Ağdam klubunun ilk oyunun başlama saatı və məkanı dəqiqləşib. "Qarabağ" – HİK matçı avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş 20:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 17-də olacaq.

