Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi İsveçin "Yurqorden" komandası bu gün UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, onların rəqibi İsveçrənin "Lutsern" klubu olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Komandaların ilk görüşü İsveçdə keçirilib və "Lutsern"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
3 avqust
Konfrans Liqasının II təsnifat mərhələsi cavab oyunu
22:45 "Lutsern" (İsveçrə) – "Yurqorden" (İsveç)
İlk oyun – 2:1

