"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Ağdam klubu bu mərhələdə Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab goyununda Norveç "Molde"sinə 0:2 hesabı ilə uduzan Helsinki təmsilçisi "köhlən atlar"a rəqib olub. İlk qarşılaşmada HİK qələbə qazanmışdı - 1:0.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.

