Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəhbərliyimiz gəlmə olsa da, futbolumuz üçün çox şey edib” – Qurban Qurbanov
    2.08.2023 23:37:04

    "Qarabağ" UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyununda Bakıda "Rakuv"la 1:1 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Əfsuslar olsun ki, mübarizəni dayandırdıq. Amma çox maraqlı oyun oldu. Demək olar ki, meydanda hər şey var idi. Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Xüsusən də ilk hissədə bir-birimizə oynamaq imkanı vermədik. 2-ci yarıda biz üstün olduq. Futbolçular çox əziyyət çəkdi. Təəssüf ki, sonda çox məyus oldular. Xeyli sayda qol epizdolarımız var idi. Sadəcə üstünlük onlar tərəfdə oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Futbolçularla birləşmişdilər. Bu məni sevindirdi. Sonda hamılıqla rəqibin cərimə meydançasındaydıq. Uduza da bilərdik. Rəqibin əks-hücumları oldu. Amma böyük risklər etdik. Alına bilərdi, amma alınmadı. Hamımız məyusuq. Bu oyunu tez bir zamanda geridə qoyub, qarşıdakı matçlara hazırlaşmalıyıq

    – Əvəzetmələriniz tam olaraq başa düşülmədi. Elvin Cəfərquliyev və Redon Cica daha yaxşı uyğunlaşmışdı oyuna. Onları niyə dəyişdiniz?
    – Başa düşmədinizsə, sizi başa sala bilməyəcəyəm. Başa salası olsam, çox danışası olacağam. Maraqlı sual oldu.

    – UEFA Avropa Liqasında HİK-lə qarşılaşacaqsınız. Bu matç haqda fikriniz necədir?
    – Sabahdan rəqiblə yaxından tanış olmağa başlayacağam. Ondan sonra tam fikirlərimi bildirəcəyəm.

    – "Qarabağ" rəhbərliyi komandaya maliyyə ayırmır. Çempionlar Liqasının qrupunu istəyiriksə, yüksək ödənişli futbolçular alınmalıdır. Avropa Liqasında da güclü rəqiblər olacaq. Klub rəhbərliyi maliyyə ayıracaq ki, yaxşı oyunçular gətirəsiniz?
    – Çox istəyərdim ki, başqa iradları olanlar da varsa, suallarınızı verərdiniz, cəm şəkildə sizə cavab verərdim.

    – Çempionlar Liqasının qrupuna düşən ildə kluba 50 milyon manata yaxın vəsait daxil olmuşdu. Cənab prezident də kluba pul ayırmışdı. "Qarabağ"ın sponsoru olan təşkilat bəlkə gəlir güdməklə məşğuldur? 
    – Hər bir azərbyacanlı mənim üçün dəyərlidir, siz də həmçinin. Biz bu klubda rəhbərlik olaraq o qədər məsuliyyətli işləyirik ki, çoxlarının xəbəri yoxdur. Mən buna əminəm. Çünki bu rəhbərlik Azərbaycan futbolu üçün çox şey edib. Bunu tam əminliklə deyirəm. Klubun etdiklərini, komandanın etdiklərini heç vaxt bildirməmişəm. Bu klubun pulları sayılırsa... Heç yerə getmir pullar. Azərbaycan futboluna və kluba xərclənir. Mən və futbolçular "Qarabağ"ın adının nə olduğunu bilirik. Hər birimiz kasıb uşaqlarla, ürəkli futbolçularla, bacarıqlı oyunçularla çox işlər görməyə çalışırıq. Azərbaycan futbolunun durumunu "Qarabağ"ın büdcəsi ilə ölçürüksə, cavab verə bilməyəcəyəm. Xərclənən pulların hara getdiyini hamı bilir. Kiçik büdcə ilə böyük işlər görməyə çalışırıq. Pis də alınmır. Bu gün uduzmuşuqsa, gördüyümüz işlər sıfıra bərabər sayılırsa, əfsuslar olsun ki, cavab verə bilməyəcəyəm. Rəhbərliyimiz gəlmə olsa da, futbolumuz üçün çox şey edib. Polşa mətbuatı, polşalılar, digərləri hamısı "Qarabağ"dan danışırsa, iradlarımızı hansısa oyuna yox, başqa yerlərə yönəldiriksə, əfsuslar olsun... İnanın ki, burada nə məsuliyyətsiz işçi, nə məsuliyyətsiz futbolçu var. Burada olan hamı "Qarabağ"ın və futbolumuzun böyüməsi üçün çox əziyyət çəkib.

    – Hər 2 matçda rəqib önə keçdikdən sonra hesabı bərabərləşdirə bildiniz. Problem nədə idi? Niyə öncədən qolları vura bilmirdiniz?
    – Burada izah edəsi fikrim yoxdur. Bizim qol epizodlarımız hər 2 oyunda daha çox oldu, nəinki "Rakuf"un. Sadəcə istifadə edə bilmirdik. Bəlkə ustalığımız çatmadı, rəqib yaxşı oynadı. Futbolda elə bir şey yoxdur ki, həmişə öncə mən qol vurmalıyam. Öz oyunumuzu oynadıq. 2 komanda mübarizə aparırısa, 1-i çıxmalıdır. Demək ki, qismətimizdə bu imiş. Amma "Rakuf"dan nə çəkindik, nə də pis oynadıq. Ürəkli idik, rəqibin üzərinə çox gedirdik.

    – Həftəsonu "Zirə" ilə oynayacaqsınız. Bu ağır oyundan sonra komandanı həmin matça hazırlamaq nə dərəcədə çətin olacaq?
    – Belə oyunlarımız çox olub. Bəlkə çətin olacaq. Həm yorğunluq, həm məyusluq var. Amma inanıram ki, futbolçularım bacaracaq. Tez bir zamanda futbolçuları bərpa etməliyik, çünki ayın 5-də oyunumuz var. Bu turnirə də yaxşı başlamaq istəyiirk. Oynamayan oyunçularımız da var. Ola bilər ki, böyük rotasiya edim.

    – Düşünmədən soruşsam ki, niyə bu mərhələnin qalibi "Rakuf" oldu? İlk öncə hansı fikir ağlınıza gəlir?
    – Ağlıma gələn ilk o oldu ki, 5-ci dəfə idi Polşa klubları ilə qarşılaşırdıq və düşünürdüm ki, hardasa uduzmaq da var. Bu da "Rakuf"un qismətində imiş. Oyuna görə uduzmadıq. Futbolun yazılmayan qanunları var. Uğur hardasa dayanır.

    – Əvvəlki illərdə deyirdiniz ki, "Qarabağ"ın uğurları artdıqca, çəkinirəm. Çünki hamı daha çox şey tələb edə bilər. Əvvəlki illərdə "Qarabağ"da daha çox yerlilər olurdu. İndi isə 7 əcnəbi oyunçu var. Bəlkə transfer siyasətini dəyişəsiniz? "Rakuf"un yeni transferi Zoni Kitel ilk oyundaca qol vurdu və mərhələni gətirdi komandaya...
    – Həm çox danışmaq, həm də az fikir bildirmək olar. Özümü sığortalayacağam. Fikir bildirsəm, deyəcəksiniz, özünü doğru sayır. Dünyada elə komanda yoxdur ki, 10 il eyni səviyyədə olsun. "Barselona", "Real" və "Bayern" də istədiyi transferləri edə bilmir. Dəfələrlə demişik ki, Azərbaycana legioner gətirmək asan deyil. Juninyu Vieyra 20 dəqiqə oynadı. Bundan əvvəl mikrozədəsi var idi deyə, hazırlıq səviyyəsi aşağı idi. 10-12 futbolçudan biri dərhal adaptasiya olur. Yerli futbolçularımız əvəzetmələrdə var idi. Amma meydanda 21-22 yaşlı Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov var idi. 19 yaşlı Nəriman Axundzadəni meydana buraxdıq. 4 Çempionlar Liqası oyununda iştirak edib. Yerliləri yetişdirib hansısa səviyyəyə çıxarmaq asan deyil. Maksim Medvedevi də sağ cinah müdafiəçisi kimi oynada bilərdim, Bədavi Hüseynovu da. Amma gənclərin oynaması, böyüməsi üçün Toralı meydana buraxdım. Öz etdiyim bəzi işləri, verdiyim qərarları açıqlamaq istəmirəm. Bu oyunu, ÇL-in qrupunu itirə bilərəm, amma 2-3 ilə o oyunçuları daha yaxşı səviyyədə görə bilərik. Yerlilərə də üstünlük veririk. Milli səviyyəsində oyunçu yetişirisə, Azərbaycan futbolu üçün pis deyil.

    – "Qarabağ" "Viktoriya"(Plzen) və "Rakuf" kimi qapanan komandalara qarşı çətinlik çəkir. Abdullah Zübeyr və Leandru Andrade cinahlarda istəniləni vermədi. Bununla razısınız?
    – Rəqib nə qədər imkan verir, biz o qədər hücum edirik. Əlbəttə ki, əlavələr edirik. Hansısa düşündüyümüz başqa hücumlar olur. Belə rəqiblərə qarşı tək bizim üçün yox, çox komandalar üçün asan deyil. Buna baxmayaraq, az qol epizodlarımız olmadı. Görünən odur ki, bu cür komandalara qalib gəlmək üçün, hər bir oyunçu, istər Zübeyr, istər Andrade daha aktiv olmalı, daha yaxşı oynamalıdırlar. Desəm ki, bu gün meydanda hərəkətsiz idilər, oynamaq istəmirdilər, xeyr. Bacardıqları qədər hücumlarda iştirak etdilər. Zübeyrin ayağında top olanda, o zonaya 3 rəqib gəlirdi. 60-cı dəqiqədən sonra Zübeyr 5 dəfə cərimə meydançasında istədiyini etdi. Amma sonluq olsaydı... 2 qol ötürməsi verdi, sadəcə qapıya getmədi. Daha da güclü oynasaydılar, daha da yaxşı idi. Amma futbolçularımdan razı qaldım. Qarşıdakı matçlarda daha yaxşı oynayarlar.

    Futbol

    "Mən həmişə bir "bayquş" olaraq qalacağam" - Aaron Maluda

    31.07.2026 12:14:42
    Futbol

    Azərbaycan Avropada ən çox reytinq xalı toplayan 2 ölkədən biridir

    31.07.2026 11:42:13
    Müsahibə

    "VAR sistemi olmadığına görə penalti verilmədi" – Eren Aydın

    31.07.2026 11:19:31
    Futbol

    "Turan Tovuz" haqqında danışmaq istəmirəm" – Ayxan Hüseynov

    31.07.2026 11:15:17
    Futbol

    Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununda darmadağına sevindi

    31.07.2026 11:15:15
    Futbol

    "APL Fantasy" tətbiqi təqdim olundu

    31.07.2026 10:55:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz hər iki oyunda yunanlara qalib gəldi

    31.07.2026 12:42:13

    "Mən həmişə bir "bayquş" olaraq qalacağam" - Aaron Maluda

    31.07.2026 12:14:42

    Azərbaycan Avropada ən çox reytinq xalı toplayan 2 ölkədən biridir

    31.07.2026 11:42:13

    "VAR sistemi olmadığına görə penalti verilmədi" – Eren Aydın

    31.07.2026 11:19:31

    "Turan Tovuz" haqqında danışmaq istəmirəm" – Ayxan Hüseynov

    31.07.2026 11:15:17

    Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununda darmadağına sevindi

    31.07.2026 11:15:15

    "APL Fantasy" tətbiqi təqdim olundu

    31.07.2026 10:55:11

    UEFA reytinqi: Azərbaycan futbolunda yeni rekord

    31.07.2026 10:31:52

    Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

    31.07.2026 10:07:05

    Mahir Emreli oynadı, komandası darmadağınla mərhələ adladı

    31.07.2026 09:48:29

    "Bolqarıstanda necə böyük komandanı məğlub etdiyimizi bilirlərmi?" - Xristo Yanev

    31.07.2026 09:00:25

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı - VİDEO

    31.07.2026 00:55:46

    "Neftçi" üçün avrokubok macərası erkən bitdi - VİDEO

    30.07.2026 22:55:12

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved