Bu gün “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu çıxıb.
Prosport.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Rakuf"u qəbul edib.
Polşada keçirilən ilk görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan "köhlən atlar" doğma meydanda qələbə qazana bilməyib. Görüş 1:1 hesabı ilə heç-heçə yekunlaşıb.
Ümumi hesabda 4:3 hesabı ilə üstün olan "Rakuf" Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə oynayacaq. "Qaarabağ" isə UEFA Avropa Liqasında mübarizəni davam etdirməli olacaq.
20:00 “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) 1:1
Qollar: Redon Cica, 60 – Fran Tudor, 52
Baş hakim: Sven Yablonski (Almaniya)
Bakı Olimpiya Stadionu.
İlk görüş – 2:3

