UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha bir cavab oyunu keçirilib.
Prosport.AZ-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası səfərdə "Astana" ilə qarşılaşıb.
Görüş Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 24-cü dəqiqədə Mahir Emreli vurub. Matça start heyətində başlayan 26 yaşlı hücumçu 78-ci dəqiqədə Yosip Drmiçlə əvəzlənib. Qonaqların 2-ci qoluna isə 89-cu dəqiqədə Antonio Marin imza atıb.
Qeyd edək ki, ilk oyunda rəqibini 4:0 hesabı ilə darmadağın edən "Dinamo" 2 görüşün nəticəsinə əsasən III mərhələyə yüksəlib.

