Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəqib baş məşqçi əsəbidirsə, bu mənim problemim deyil" – Adrian Mutu
    2.08.2023 19:13:08

    "Neftçi" Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bosniya və Herseqovinanın "Jelezniçar" klubunu qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:

    – Artıq rəqibimizin necə əzmkar komanda olduğunu bilirik. Bizi ağır oyun gözləyir. Bunu dərk edirik. Məqsədimiz növbəti mərhələyə keçməkdir.

    – "Neftçi"nin baş məşqçisi kimi doğma meydanda ilk matça çıxacaqsınız. Hansı hissləri keçirirsiniz?
    – "Bakcell Arena"dakı ilk oyunuma görə həyəcanlıyam. Əlbəttə istəyərəm ki, növbəti mərhələyə adlayaraq başlayım. Ümid edirəm ki, fanatlar stadionu dolduracaq və komandanı sona kimi dəstəkləyəcək. Onlara söz verirəm ki, hər matçda 200 faizimizi verməyə hazırıq ki, "Neftçi" uğurlar qazansın. 

    – İlk oyunda rəqib həmkarınız aqressiv görünürdü. Sanki belə fikir var idi ki, Adrian Mutu kimi bir mütəxəssisə qalib gəlim. Siz necə düşünürsünüz?
    – Məşqçilər arasında da rəqabət gedir. Hər biri istəyir ki, qələbə qazanmaq üçün düzgün strategiya seçsin. Onu özümə rəqib şəxs kimi qəbul etmirəm. Məni narahat edən yeganə şey komandamın çıxışıdır. Rəqib baş məşqçi əsəbidirsə, bu mənim problemim deyil.

    – Məlum məsələdir ki, "Neftçi" azarkeşləri yaxşı atmosfer yaradacaq. Bu ab-hava komandaya mənfi təsir edə bilər?
    – Bir futbolçu olaraq da bu cür atmosferi hiss etmişəm. Həm yaxşı təsir edə bilər, həm də pis. Oyuna yaxşı başlasaq, atmosfer yaxşı təsir edə bilər. Oyun istədiyimiz kimi getməsə, futbolçuların üzərində təzyiq yarada bilər. "Neftçi" böyük tarixə malik klubdur. Əsas məqsədimiz odur ki, azarkeşləri stadiona cəlb edək. 

    – İlk oyunla müqayisədə heyətdə dəyişikliklər olacaq?
    – İştirak ərizəsində oyunçuların sayı dəyişməyəcək. Yeni transferləri qeydiyyatdan keçirə bilməmişik. Böyük məmnuniyyətlə start heyəti deyərdim. Amma rəqib baş məşqçi də bizi izləyir. Ona görə də demək istəmirəm.

    – Rəhman Hacıyev əsas heyətdə oynamağa hazırdır?
    – Rəhman Bosniya və Herseqovinada öz işini yaxşı yerinə yetirdi. Mənim üçün əsas və ya əvəzedici futbolçu anlayışı yoxdur. Rəhman qollar vurmağa davam etsə, start heyətdə çıxış edə bilər.

    – Transferləri necə dəyərləndirirsiniz?
    – Bütün transferlərdən razıyam. Onlar bizə qoşulubsa, demək ki, oyunlarını bəyənmişəm. 

    – Ölkəmiz haqda fikirləriniz necədir?
    – Bakını çox bəyənirəm. Burada insanlar mənimlə yaxşı davranırlar. Azərbaycan yeməkləri çox dadlıdır.

    Futbol

    "Mən həmişə bir "bayquş" olaraq qalacağam" - Aaron Maluda

    31.07.2026 12:14:42
    Futbol

    Azərbaycan Avropada ən çox reytinq xalı toplayan 2 ölkədən biridir

    31.07.2026 11:42:13
    Müsahibə

    "VAR sistemi olmadığına görə penalti verilmədi" – Eren Aydın

    31.07.2026 11:19:31
    Futbol

    "Turan Tovuz" haqqında danışmaq istəmirəm" – Ayxan Hüseynov

    31.07.2026 11:15:17
    Futbol

    Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununda darmadağına sevindi

    31.07.2026 11:15:15
    Futbol

    "APL Fantasy" tətbiqi təqdim olundu

    31.07.2026 10:55:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz hər iki oyunda yunanlara qalib gəldi

    31.07.2026 12:42:13

    "Mən həmişə bir "bayquş" olaraq qalacağam" - Aaron Maluda

    31.07.2026 12:14:42

    Azərbaycan Avropada ən çox reytinq xalı toplayan 2 ölkədən biridir

    31.07.2026 11:42:13

    "VAR sistemi olmadığına görə penalti verilmədi" – Eren Aydın

    31.07.2026 11:19:31

    "Turan Tovuz" haqqında danışmaq istəmirəm" – Ayxan Hüseynov

    31.07.2026 11:15:17

    Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununda darmadağına sevindi

    31.07.2026 11:15:15

    "APL Fantasy" tətbiqi təqdim olundu

    31.07.2026 10:55:11

    UEFA reytinqi: Azərbaycan futbolunda yeni rekord

    31.07.2026 10:31:52

    Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

    31.07.2026 10:07:05

    Mahir Emreli oynadı, komandası darmadağınla mərhələ adladı

    31.07.2026 09:48:29

    "Bolqarıstanda necə böyük komandanı məğlub etdiyimizi bilirlərmi?" - Xristo Yanev

    31.07.2026 09:00:25

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı - VİDEO

    31.07.2026 00:55:46

    "Neftçi" üçün avrokubok macərası erkən bitdi - VİDEO

    30.07.2026 22:55:12

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved