Mahir Emrelinin "Astana"ya vurduğu qol qeydə alınmayıb.
Prosport.Az xəbər verir ki, onun vurduğu qol təkrara baxıldıqdan sonra avtoqol kimi hesaba alınıb.
Belə ki, 24-cü dəqiqədə vurulan qol "Astana"nın müdafiəçisi Aleksandr Maroçkinin avtoqolu sayılıb.
19:05
Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Çempionlar Liqası II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Astana"nın qonağıdır.
Prosport.Az xəbər verir ki, azərbaycanlı hücumçu bu oyunda fərqlənməyi bacarıb.
26 yaşlı forvard 24-cü dəqiqədə komandasını hesabda önə keçirən qolu vurub.

