“Zirə” yeni futbolçunu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, Fransa təmsilçisi “Havr”dan Salifu Sumanı sıralarına cəlb edib.
19 yaşlı vingerlə 2+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Qvineyadan olan Salifu Suma karyerası ərzində ölkəsinin “Kalum”, Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.

