"Sabah"ın sabiq müdafiəçisi Filip İvanoviç karyerasını Asiyada davam etdirəcək.
Prosport.Az xəbər verir ki, serbiyalı futbolçu Özbəkistanın "Navbahor" klubuna keçib.
31 yaşlı futbolçu ilə 2024-cü ilin dekabrına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2018-2021-ci illərdə "Sabah"da çxış edən Filip İvanoviç paytaxt təmsilçisindən ayrıldıqdan sonra "Teuta"da (Albaniya) və "Radniçki"də (Serbiya) çıxış edib.

