"Fluminense"nin müdafiəçisi Marselu Libertadores kubokunun 1/8 finalında "Arxentinos Xuniors"la keçirilən matçda (1:1) rəqib futbolçunun ayağını qırıb.
Prosport.Az xəbər verir ki, braziliyalı müdafiəçi ehtiyatsızlıqdan Lusiano Sançesin ayağını sındırıb. Qırmızı vərəqə alan "Real"ın sabiq futbolçusu meydanı göz yaşları içində tərk edib.
Marselu oyundan sonra sosial şəbəkə hesabındakı paylaşımında peşmanlığını ifadə edib: “Meydanda çox çətin anlar yaşadım. Mən təsadüfən həmkarımı yaraladım. Sənə tezliklə sağalmanı arzulayıram, Lusiano Sançes”.

