"Qalatasaray" heyətini Almaniya millisinin üzvü ilə gücləndirib. Prosport.Az xəbər verir ki, "Cim Bom" "Bayer"dən Kərəm Demirbayı 6 milyon avro qarşılığında transfer edib. Türk əsilli yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb. Ötən mövsüm "Bayer"in heyətində 36 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə etmiş Kərəm Dəmirbay "Borusiya"(Dortmund), "Hamburq", "Kayzerslautern", "Fortuna"(Düsseldorf) və "Hofenhaym" klublarında oynayıb.

