Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Penaltilərə hazırlaşırıq" – "Rakuf"un baş məşqçisi
    1.08.2023 21:23:05

    Polşanın "Rakuf" klubu Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonaöı olacaq.

    Prosport.Az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Çenstoxova təmsilçisinin baş məşqçisi David Şvarqa jurnalistlərin suallarını cavablandırıb:

    – Bu gün burada olmağımıza şadıq. 2 eyni gücə malik komandanın qarşıdurmasıdır. Hər 2 komanda özünəməxsus oyun stilinə malikdir. İlk matçda rəqibi daha yaxından tanıdıq. "Qarabağ"ın potensialını bilirik. Yetərincə hazırlaşmışıq və sabah  "Rakuf"un oyununu göstərməyə hazırıq. Hansı ki, biz bunu hər yerdə göstərmişik.

    – Sabahkı ilk oyundakı üstünlüyü qoruyub-saxlamağa çalışacaqsınız, yoxsa qələbə qazanmaq istəyirsiniz?
    – Əlbəttə ki, Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır. Təbii ki, diqqətimizdədir ki, 1 top fərqi ilə qalib gəlmişik. Amma sabahkı matçda qələbə qazanmağa çalışacağıq.

    – Penaltilər seriyasına hazırlaşmısınız?
    – Çempionlar Liqasındakı bütün mərhələlərdə penaltilərə də hazırlaşırıq. Sabahkı oyunun gedişatı bunu göstərəcək. Biz ümumiyyətlə bu cür matçlara kompleksli yanaşırıq. Təbii ki, penaltilərə də hazırlaşırıq. Qapıçımızdan, onun qapını necə qorumasından çox şey asılıdır.

    – İlk oyundan sonra demisiniz ki, "üzümü turşudub "Qarabağ"a tərəf baxırdım ki, onları qorxudum". Qorxuda bilmisiniz?
    – Bu mənim sifətimdir. Mən heç kimi qorxutmağa çalışmamışdım. Bu mənim normal danışıq tərzimdir (gülür).

    – İlk oyunda "Qarabağ"ın qapıçısının buraxılan 3 qolda da səhvi var idi. Bu sizə psixoloji olaraq üstünlük qazandırır ki, Şahruddin Məhəmmədəliyev yenə də səhv etsin?
    – Bu bizimlə əlaqəli deyil. Bizim üçün problem deyil. İstənilən halda, oyuna hazırlaşırıq. Əlbəttə ki, hər bir matça hazırlaşanda rəqibin zəif nöqtələrini özümüz üçün qeyd edirik. Amma yenə də diqqətimizi buna yox, öz oyunumuza yönəldirik.

    – Ötən mövsüm "Qarabağ" "Lex"ə səfərdə uduzsa da, Bakıda rəqibini böyük hesabla udmuşdu. Bu hal sizi nə qədər narahat edir?
    – "Qarabağ"ın digər oyunlarını da analiz etmişik. Ötənilki  matçı da təhlil etdik. "Lex"in keçən ildəki vəziyyətinə də diqqət yetirmək lazımdır. "Lex" və "Rakuf" tam fərqli gücə, oyun üslubuna malikdir. Sabah bu məsələ bizim oyunumuza təsir göstərməyəcək.

    – Siz dərin təhlillərdən sonra daha çox nəyə diqqət yetirirsiniz? Komanda üzvlərinin fiziki durumu nə yerdədir?
    – "Qarabağ"la matçdan əvvəl bu təhlilləri açıqlamaq düzgün olmazdı. Oyun sabah olacaq. Analizlərimi burada açıqlayıb, məlumat vermək istəməzdim. Biz hər gün hazırlaşırıq. Düşünmürəm ki, fiziki cəhətdən oynamayacaq durumda olaq. Heç bir problem olmamalıdır.

    – Sabahkı matçda nəyə hazırsınız və hansı məqamlarda daha çox şübhələr yaranır. Nəyə çox əmin deyilsiniz?
    – Komandada dəyişikliklər haqda bundan öncə də fikirləşib qərara gəlmişik. Bir soyad var ki, onun haqda bu axşam düşünəcəyik.

    – Bu oyunda daha çox təzyiq hiss olunur?
    – Ötən il "Slaviya" ilə oyun da belə olmuşdu. Bu cür çətin matçları artıq oynamışıq. Bilirik ki, belə oyunlar necə alınır. Təzyiqə də hazırıq. Ona görə sabahkı matçda hər şey bəlli olacaq.

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved