Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qapıçılarımız çalışmalıdır ki, səhv etməsinlər" – Qurban Qurbanov
    1.08.2023 18:01:09

    "Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Polşanın "Rakuf" klubunu qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, matçdan öncə təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

    – Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı oynayırıq. Üstünlük bir az rəqib tərəfdədir. Amma hər bir halda geridə qalan günlərdə pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıdıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Futbolçularım oyunun gedişində bunu hiss etməlidirlər. Bu komandaya qarşı heç bir an oyundan qopmaq olmaz. Rəqibi analiz etmişik. Futbolçularla diskussiyalarımız olub. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini oynayaq. Buna ehtiyac var. Hər bir futbolçu matça məsuliyyətli hazırlaşıb.

    – Şahruddin Məhəmmədəliyev buraxdığı səhvlərə görə azarkeşlər tərəfindən ciddi tənqid edilir. Sabah yenə ona güvənəcəksiniz, yoxsa hansısa alternativ gözlənilir?
    – Bəli, yazılanlardan məlumatım var. Amma bu, kollektiv oyundur. Start heyəti sabah bilinəcək. Oynamaq şansı da çoxdur. Bu gün tam vaxtımız var. Bizim fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir futbolçu çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız.

    – İlk oyundan sonra mətbuat konfransında demişdiniz ki, rəqibi daha yaxşı tanıdınız. Bu haqda nə deyəcəksiniz?
    – Bəli, belə ifadə işlətmişdim. Hər rəqiblə ilk oyundan sonra belə fikir bildirirəm. Rəqibi daha yaxından tanıdıq. Nə düşünürdüksə, onları da gördük. Hətta komandanın ciddi, daha da yaxşı səviyyədə olduğunu gördük. Bakıdakı oyunda Polşadakı matçdakından tam fərqli olmalıyıq. Xüsusən də heç bir saniyə oyundan qopmalı deyilik. Bizim hamımız üçün maraqlı rəqibdir. Bu rəqibə hörmətlə yanaşırıq. Hər komandanın təkcə oyun üslubu yox, klubun iş prinsipi ilə yaxından maraqlanıram. "Rakuf" qısa müddətdə uğurlara imza atıb, ildən-ilə keyfiyyətli iş qurub, nəticələr əldə edib. Ötən mövsüm çempion olublar. Bu komandanın tam ciddi olduğunu daha da anladım. Polşada da demişdim ki, "Rakuf"a simpatiyam yarandı. Rəqib oynadığı oyun sistemini, fəlsəfəni çox yaxşı yerinə yetirir. Hamı düşünür ki, bu sistemdə oynayanlar müdafiəyə önəm verir. Qətiyyən belə deyil. "Rakuf"a uğurlar arzulayıram. Bu, idmandır. Amma sabah Polşadakından daha ciddi olmalıyıq. Olacağıq da.

    – "Rakuf"un sabiq baş məşqçisi Marek Papşun deyib ki, onların mərhələ adlamaq şansı yüksəkdir. Bu komandanın memarı odur. Ancaq o gedəndən sonra komanda onun vaxtındakı kimi səliqəli müdafiə olunmur. Sizcə də belədir? Hər halda, onlara 2 qol vura bilmisiniz...
    – Bu komandanın sistemində yaxşı iş qurulub. "Rakuf" elə formalaşıb ki, hansısa məşçqi getsə də, iş prinsipləri, sistemləri qalacaq. Sadəcə onu icra edənlər – hansı səviyyədə edəcək, fərqli sualdır. Onlara qarşı qışda da yoxlama görüşü oynamışdıq. Deməzdim ki, dəyişiklik var. Əksinə, indi komandada inam var, daha yaxşı bir-birini anlayırlar. Təcrübələri də artıb. Baş məşqçiləri futbolun içində böyüyüb, yaşı çox deyil. Amma işində məsuliyyətlidir. Deməzdim ki, müdafiə xətti zəifləyib. Futbolda görürsən ki, bir anlıq hansısa sistem pozulur. Futbolçularım da istifadə etdilər və 2 qol vurduq. "Rakuf" təkcə müdafiədə yox, meydanın hər yerində yaxşı müdafiə oluna bilir. Desəm ki, zəif tərəfləri var, düzgün çıxmaz. Amma bu rəqibə qol vurmaq üçün daha aktiv olmalıyıq. Çünki "Rakuf" çox yaxşı müdafiə bacarığı və hücum potensialı olan komandadır.

    – Sabah Juninyunun meydana çıxmaq şansı var?
    – Vəziyyəti normaldır. Bu həftə komanda ilə məşqlərdə iştirak edib.

    – Sabah komandanız daha çox nəyə fikir verməlidir ki, qalib gəlsin?
    – Bəzi elementləri bildirdim. Futbolda belə bir şey var ki, əgər qalib gəlmək istəyirsənsə, öz oyununu oynamaq istəyirsənsə, rəqibə imkan verməmək lazımdır. İlk növbədə "Rakuf"a imkan verməməliyik ki, oyunlarını qursunlar. Digər tərəfdən futbolçuların fərdi ustalığı ola bilər ki, yaxşı nəticə etmək üçün vacib olsun. Amma hər bir halda öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik. Çünki bu günə qədər əldə olunan nəticələr bu prinsiplərə görə olub. Futbolçularımın bütün konsentrasiyası oyuna olmalıdır.

    Futbol

    "Mən həmişə bir "bayquş" olaraq qalacağam" - Aaron Maluda

    31.07.2026 12:14:42
    Futbol

    Azərbaycan Avropada ən çox reytinq xalı toplayan 2 ölkədən biridir

    31.07.2026 11:42:13
    Müsahibə

    "VAR sistemi olmadığına görə penalti verilmədi" – Eren Aydın

    31.07.2026 11:19:31
    Müsahibə

    "Turan Tovuz" haqqında danışmaq istəmirəm" – Ayxan Hüseynov

    31.07.2026 11:15:17
    Futbol

    Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununda darmadağına sevindi

    31.07.2026 11:15:15
    Futbol

    "APL Fantasy" tətbiqi təqdim olundu

    31.07.2026 10:55:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz hər iki oyunda yunanlara qalib gəldi

    31.07.2026 12:42:13

    "Mən həmişə bir "bayquş" olaraq qalacağam" - Aaron Maluda

    31.07.2026 12:14:42

    Azərbaycan Avropada ən çox reytinq xalı toplayan 2 ölkədən biridir

    31.07.2026 11:42:13

    "VAR sistemi olmadığına görə penalti verilmədi" – Eren Aydın

    31.07.2026 11:19:31

    "Turan Tovuz" haqqında danışmaq istəmirəm" – Ayxan Hüseynov

    31.07.2026 11:15:17

    Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununda darmadağına sevindi

    31.07.2026 11:15:15

    "APL Fantasy" tətbiqi təqdim olundu

    31.07.2026 10:55:11

    UEFA reytinqi: Azərbaycan futbolunda yeni rekord

    31.07.2026 10:31:52

    Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

    31.07.2026 10:07:05

    Mahir Emreli oynadı, komandası darmadağınla mərhələ adladı

    31.07.2026 09:48:29

    "Bolqarıstanda necə böyük komandanı məğlub etdiyimizi bilirlərmi?" - Xristo Yanev

    31.07.2026 09:00:25

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı - VİDEO

    31.07.2026 00:55:46

    "Neftçi" üçün avrokubok macərası erkən bitdi - VİDEO

    30.07.2026 22:55:12

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved