"Omoniya"nın futbolçuları Nikolas Panayotu və Paris Psaltis Kiprdə "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu da buraxa bilərlər.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, hər 2 müdafiəçi zədəsini sağaltsa da, hələlik bərpa prosesi keçir. Tam hazır olmadıqları üçün onların "qırmızı-qaralar"la ev matçında da meydana çıxmaları sual altındadır.
Qeyd edək ki, avqustun 3-də keçiriləcək "Omoniya" – "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda Limassol təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

