Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Azərbaycanın 8 boksçusu Bakıda yarımfinala çıxdı
    4.04.2026 23:32:54

    Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.

    Prosport.Az xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycan millisinin boksçuları yarımfinala vəsiqə qazanıblar. 65 kq-da Emili Rzayeva Melissa Hamdanı (Əlcəzair) 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Eve Brisonla (Avstraliya) üz-üzə gələcək.

    Amin Məmmədzadə (55 kq) Otabek İsmoilovdan güclü olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinal görüşündə Mohamed Abbasa (Əlcəzair) 4:1 (30:26, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Zidan Hümbətovla döyüşəcək.

    Bu çəkidə Zəlimxan Süleymanov – Nicat Hüseynov duelində birinci qələbə qazanıb – 4:0 (29:27, 30:26, 28:28, 30:26, 29:26). Süleymanov növbəti döyüşünü Timur Kabdeşova (Qazaxıstan) qarşı keçirəcək.

    65 kq-da Zaur Qəhrəmanov komanda yoldaşı Mahmud Hüseynovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:26) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda Asadbek Rajabovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

    Eyni çəkidə Malik Həsənov da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:27). Həsənov növbəti görüşündə Viktorio İliyevlə (Bolqarıstan) gücünü yoxlayacaq.

    75 kq-a Rasim Çobanlı Vitali Pavlenkoya (Moldova) qalib gəlib – 3:0 (28:28, 30:26, 29:27, 28:28, 30:26). O, yarımfinalda Şerbek Şokirovla (Özbəkistan) görüşəcək.

    85 kiloqramda isə Murad Allahverdiyev turnirə qələbə ilə başlayıb. Boksçumuz Yeriço Daleni (Avstraliya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Allahverdiyev finala gedən yolda Batırbek Benkuru (Qazaxıstan) sınağa çəkəcək.

    Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Kişi idmançıların yarışında bu mərhələ sabah yekunlaşacaq.

    Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.

    Döyüş növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    14.09.2026 16:07:03
    Boks

    Azərbaycan Avropa çempionatını 2 medalla başa vurdu

    21.08.2026 20:25:57
    Döyüş növləri

    Azərbaycan boksçusu dünya çempionatının finalında

    21.08.2026 13:12:32
    Döyüş növləri

    Daha bir boksçumuz dünya çempionatının yarımfinalında

    19.08.2026 12:14:15
    Döyüş növləri

    Avropa çempionatında ilk medal təmin olundu

    18.08.2026 10:51:03
    Döyüş növləri

    Daha 3 boksçumuz Avropa çempionatında növbəti qələbəsini qazandı

    17.08.2026 11:34:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" və "Sabah"dan darmadağın, "Qəbələ" uduzdu

    14.09.2026 23:45:35

    Azərbaycan çempionatında 8:1 hesablı qələbə

    14.09.2026 22:56:57

    "Bu göstəricilər məni narahat edir" - Zaur Həşimov

    14.09.2026 22:11:04

    "Bu tənqid yox, açıq hörmətsizlikdir" - Valdas Dambrauskas

    14.09.2026 21:54:32

    "Qarabağ"ın futbolçusu Ermənistanla oyuna çağırıldı

    14.09.2026 21:43:11

    Millimiz penaltilər seriyasında Moldovaya uduzdu

    14.09.2026 21:10:29

    Son çempion debütanta 3 cavabsız qolla qalib gəldi - VİDEO

    14.09.2026 20:48:41

    Millimizin baş məşqçisi bu matçı tribunadan izlədi – FOTO

    14.09.2026 20:11:28

    "Neftçi" bu futbolçu ilə yollarını ayırdı

    14.09.2026 19:41:13

    “Komandada inamı artırıb daha yaxşı oyunlar keçirəcəyik” – De Ondre Cekson

    14.09.2026 19:39:36

    Baş məşqçi sabiq komandasına qayıtmağa icazə vermədi

    14.09.2026 19:23:52

    "Oyundan razı qalsam da, nəticə məni qane etmədi" - Ərhan Tokər

    14.09.2026 18:42:43

    "Şəfa" - "Sabah": HEYƏTLƏR

    14.09.2026 18:10:28

    AFFA-nın sabiq mətbuat katibi bu vəzifəyə təyin olundu

    14.09.2026 17:49:52

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB

    14.09.2026 17:04:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved