Yaponiyada təlim-məşq toplanışında olan PSJ və "İnter" yoxlama oyununda üz-üzə gəlib.
Prosport.Az xəbər verir ki, Tokiodakı Olimpiya Stadionunda keçirilən oyun İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Fransa təmsilçisinin heyətində Vitinya fərqlənib (63-cü dəqiqə). “İnter”in qollarını Sebastyano Espozito (81) və Stefano Sensi (83) vurub.

