“Zirə” İsraildən futbolçu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, adı çəkilən ölkənin “Ness Siona Futbol Bölməsi” klubunun mərkəz müdafiəçisi Stefan Akka Premyer Liqa təmsilçisi ilə anlaşıb.
32 yaşlı arxa xətt oyunçusu yeni komandası ilə 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Fil Dişi Sahilidən olan Stefan Aka karyerası ərzində İtaliyanın “Lenyaqo Salus”, “Belluno”, Rumıniyanın “U Krayova”, “Unversitatya”, Türkiyənin “'Ərzurumspor”, İsrailin "Hapoel" (Kiryat Şmona) klublarının şərəfini qoruyub. O,
İtaliyada yaşayan Stefan Akka italyan dilindən başqa, portuqal, fransız, ingilis və rumın dillərində bilir. O, 2021-ci ildə "Universitatya" ilə Rumıniya kubokunu qazanıb.

