Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Azərbaycan futbolunda yeni çex texnologiyası - VİDEO
    2.04.2026 12:04:16

    AFFA ilə Çexiyanın “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

    Prosport.Az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu layihənin uşaq futbolçuların fərdi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi məşq prosesinin keyfiyyətini artıracaq, gənc oyunçuların potensialının daha erkən mərhələdə üzə çıxarılmasına imkan verəcək.

    C.Fərəcullayev vurğulayıb ki, gələcəkdə bu sistemin daha geniş miqyasda, yəni müxtəlif yaş qrupları və liqalar üzrə tətbiqi nəzərdə tutulur. AFFA rəsmisi növbəti 2 il ərzində avropalı skautların oyunçuların məlumatlarını izləyə və azərbaycanlı futbolçuları öz komandalarına cəlb edə biləcəklərini söyləyib. Bu da öz növbəsində gənc oyunçuların Avropaya getməsi üçün önəmli şərait yaradacaq.

    “Eyeball”ın direktoru Manfred Lerley bildirib ki, bu, Çempionlar Liqasının bir çox qalibləri də daxil olmaqla, 150-dən çox Avropa klubunun seçdiyi gənclər platformasıdır. O qeyd edib ki, bir neçə MLS klubu, ABŞ-nin iri klubları, həmçinin Afrika və Yaxın Şərqin aparıcı komandaları da "Eyeball"ın müştəriləridir. Direktor AFFA-nın da bu platformaya qoşulmasının xoş məqam olduğunu deyib. M.Lerlinin sözlərinə görə, uşaq futbolunda yanvar və fevral aylarında doğulan uşaqlar, dekabrda anadan olan həmyaşıdlarından fiziki olaraq daha güclü görünür. O, skautların da səhvən həmin oyunçuları daha istedadlı hesab etdiyini, lakin böyük futbolda bu fərqin itdiyini və həqiqi istedadların üzə çıxdığını diqqətə çatdırıb.

    Rəsmi çıxışlardan sonra 2 illik əməkdaşlıq müqaviləsi imzalanıb. Cahangir Fərəcullayev tərəfindən Manfred Lerleyə xatirə forması hədiyyə edilib.

    Müqaviləyə əsasən, “Eyeball” şirkətinin müasir kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq. Əməkdaşlıq çərçivəsində ölkə futbolunda texnoloji yeniliklərin tətbiqi, oyunların daha dəqiq təhlili, həmçinin məşq proseslərinin və oyun performansının müasir metodlarla qiymətləndirilməsi nəzərdə tutulur. Yeni sistem vasitəsilə komandaların taktiki hazırlığı, oyunçu performansı və statistik göstəricilər daha detallı şəkildə analiz ediləcək.

    Baş katibin müavini Elçin Məmmədov isə bu texnologiyanın oğlanlarda AFFA U-15, U-16, U-17, Gənclər (U-19) Liqasında və ola bilsin ki, Əvəzedicilər Liqasında tətbiq olunacağını bildirib. Həmçinin, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasında da bu texnologiyadan istifadə olunacaq.

    Futbol

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27
    Futbol

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36
    Futbol

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41
    Futbol

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39
    Futbol

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13
    Futbol

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49

    Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız üç medal qazandı

    16.10.2026 23:40:32

    İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi - 30 illiyi münasibətilə

    16.10.2026 23:23:47

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13

    AMADA rəhbəri süni intellektin antidopinqdə tətbiqindən danışıb - Yunanıstanda

    16.10.2026 19:18:10

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12

    "Sumqayıt" - "Araz-Naxçıvan" :HEYƏTLƏR

    16.10.2026 18:12:32

    "Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək" - Azər Bağırov

    16.10.2026 17:47:30

    Zaur Həşimov: "Acınacaqlı məğlubiyyət oldu"

    16.10.2026 17:25:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved