Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun da formasını geyindiyi "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) Ərəb Çempionlarının Klublar Kubokunda növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda II turda "Monastir" (Tunis) ilə qarşılaşıb. Görüş "Əl-Nəsr"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Ronaldu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 74-cü dəqiqdə qol vurub.

