Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    İntizam Komitəsinin sədri: "Kamran Quliyev ona "adam kimi hakimlik et" DEYİB"
    21.04.2023 13:35:40

    AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovun Prosport.Az saytına müsahibəsi

    – İntizam Komitəsi "Neftçi"nin prezidenti Kamran Quliyevi 5 oyunluq cəzalandırıb. Siz özünüz də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu olan "Turan Tovuz" – "Neftçi" matçında AFFA nümayəndəsi olmusunuz. Orda nə baş vermişdi?
    – Fasilədə Kamran Quliyev tunelə daxil oldu. Mən ora ondan hardasa 10-15 saniyə gec girdim. Ora daxil olanda Kamran Quliyevlə hakimlərin arasında hansı söhbətin olduğunu eşitmədim. Sonradan hakimlərlə əlaqə saxladım. Onlar mənə dedi ki, Kamran Quliyev təzyiq göstərmək istəyib. Çünki qarşıda 2-ci hissə vardı.

    – Ümumiyyətlə, hakimlərin bu sözü sizə deməyi bunu protokollaşdırmağa əsas yaradırmı? Ola bilməzmi, hakim də emosiyalarına qapılıb bir az məsələni şişirtsin?
    – İntizam Komitəsinin çıxardığı qərarlar hakimlər və oyunun hakim-inspektorunun yazdığı raportlar əsasında verilir. Onların yazdıqları əsas götürülür. Hakimlər yeganə şəxslərdir ki, onların verdiyi qərarlar ləğv olunmur. Əgər sarı və qırmızı vərəqələr səhv də verilsə, olduğu kimi qalır.

    – Bəs hakimə təzyiq olunarkən hansı ifadələr işlədilib?
    – Baş hakim Rəşad Əhmədov mənə dedi ki, Kamran Quliyev ona rus dilində "adam kimi hakimlik et" deyib. Bu da təhqirin bir növüdür. Sən ərkin olmadığın, şəxsi tanışlığın olmadığı bir insana bu sözü desən, təhqir sayılır. 

    – Əslində bu cümlə tam da təhqir hesab olunmur. Yəqin ona görə qərarda təhqirə görə yox, "oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə" sözü əks olunub...
    – Açığı, mən Tovuzdan bu gün qayıdıram (müsahibə dünən alınıb – S.M.). Ona görə də İntizam Komitəsinin son iclasında iştirak etməmişəm. Qaydalarda yazılıb ki, əgər İntizam Komitəsinin sədri iclasda iştirak edə bilmirsə, onu müavini və ya aparılan vəzifə bölgüsünə görə üzvlərdən biri əvəzləyə bilər. Məndə müavin yoxdur. Ona görə Məlik Həsənovu, o olmayanda da Aslan Şahgəldiyevi yerimə əvəzləyici təyin etmişəm. 

    – Matç 19 apreldə olub. Siz nə əcəb oyundan dərhal sonra Bakıya qayıtmamısınız?
    – Oyun bitəndən sonra Bakı qatarına çatmırdım. Maşınla da gecə çıxmaq çox təhlükəlidir. Bizim hakim-inspektor (Ceyhun Haşımovu nəzərdə tutur – S.M.) elə olub oyundan gələndə qəzaya düşdü. Ona görə də indi avtobusla Bakıya qayıdıram.

    – 5 oyunluq cəzadan 3-ü şərti olaraq açıqlanıb. Komitə sədri kimi cəzanın konkret nədən ibarət olduğunu deyə bilərsiniz?
    – İntizam Məcəlləsində bu qayda var. Kamran Quliyev 2 matç komandanın soyunub-geyinmə otağına düşə, oyunçularla ünsiyyət qura, məşq vaxtı meydanın kənarında ola bilməz. Amma VIP-də klub prezidenti və ya tribunada azarkeş kimi matça baxa bilər. Bir şeyi də deyim ki, bu cəza ancaq kubok oyunlarına aiddir, cəza Premyer Liqa matçlarına şamil edilmir. Bu adam bir də oyunlar zamanı qayda pozuntusuna yol verməməlidir. Yol verəcəyi halda, həmin 3 oyunluq şərti cəza da əsas cəza kimi nəzərdə tutulacaq. Bu şərti cəzaların minimum sınaq müddəti 6 ay, maksimum 24 ay olur. Kamran Quliyevin şərti cəzasının sınaq müddəti 6 aylıqdır.

    – Ötən ayın əvvəlində AFFA İcraiyyə Komitəsi sizin komitənin tərkibində dəyişiklik etdi. Ömər Paşayev, Aslan Şahgəldiyev, Ramil Cahangirov kimi şəxslər İntizam Komitəsinə üzv təsdiq olundular. Yeni üzvlərin işini necə dəyərləndirirsiniz?
    – Öməri çoxdan tanıyıram. Onun işi yaxşı yox, əladır. O biri yoldaşları da tanıyırdım, amma birgə işbirliyimiz olmamışdı. Onlarla iş müddətim heç 2 aya çatmır. Zaman göstərəcək hər şeyi.

    – Əvvəl sizin komitənin üzvləri içərisində İlqar Əliyev və Cahangir Həsənzadə də vardı. Onlar niyə üzvlükdən çıxarıldılar?
    – Bəli, əvvəl onlar da vardı. Amma bu sualın cavabını mən deyə bilmərəm. AFFA rəhbərliyi buna cavab verə bilər.

    – Yəni, siz onlardan narazı deyildiniz? Bəlkə sizin də AFFA rəhbərliyinə bu yöndə tövsiyələriniz olub?
    – Yox, qətiyyən onlardan heç bir narazılığım olmayıb. İnsan kimi də, iş yoldaşı kimi də onlarla həmişə yaxşı əlaqələrim olub. AFFA rəhbərliyi özü yaxşı bilər ki, hansı mənfi cəhətlərinə görə belə ediblər. İlqar müəllim əvvəl AFFA-da Lisenziyalaşdırmada müavin idi. Səhv etmirəmsə, yenə AFFA-da işləyir...

    Səbuhi Musa

    Futbol

    FIFA prezidenti vəzifəsindən kənarlaşdırılır?

    31.07.2026 23:45:06
    Futbol

    "Hansı sahədə axsadığımızı bilirik" - Cavid Hüseynov

    31.07.2026 23:19:02
    Futbol

    "Şamaxı"da mərakeşli futbolçu

    31.07.2026 22:40:36
    Futbol

    "Sabah" futbolçusunu Ukrayna klubuna icarəyə verdi

    31.07.2026 22:13:22
    Futbol

    "Şəfa" "Araz-Naxçıvan"ı 2 cavabsız qolla üstələdi

    31.07.2026 21:38:19
    Futbol

    "Qəbələ" - "İmişli" oyununda 4 qol

    31.07.2026 21:16:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA prezidenti vəzifəsindən kənarlaşdırılır?

    31.07.2026 23:45:06

    "Hansı sahədə axsadığımızı bilirik" - Cavid Hüseynov

    31.07.2026 23:19:02

    "Şamaxı"da mərakeşli futbolçu

    31.07.2026 22:40:36

    "Sabah" futbolçusunu Ukrayna klubuna icarəyə verdi

    31.07.2026 22:13:22

    "Şəfa" "Araz-Naxçıvan"ı 2 cavabsız qolla üstələdi

    31.07.2026 21:38:19

    "Qəbələ" - "İmişli" oyununda 4 qol

    31.07.2026 21:16:37

    Neymarın büstü və heykəli "Santos" muzeyində nümayiş etdirilir

    31.07.2026 20:10:39

    "Turan Tovuz" hazırlıq oyununda qələbə qazandı

    31.07.2026 19:37:04

    Sərbəst güləşçilərimizdən dünya çempionatına uğursuz start

    31.07.2026 18:56:55

    "Sonuncu dəfə dünya çempionatının finalında bu qədər gərginlik hiss etmişdim" - Stoiçkov "Qarabağ"dan danışdı

    31.07.2026 18:43:48

    Qadın güləşçilərimiz medalsız qaldı - YENİLƏNİB

    31.07.2026 18:15:06

    Millimiz pley-offda Monteneqroya uduzdu

    31.07.2026 17:44:14

    "Qalatasaray" və "Fənərbağça"nın sabiq üzvü Azərbaycanı seçdi

    31.07.2026 17:13:48

    Mahir Emrelinin komandasının oyununda erməni hakimlər

    31.07.2026 16:45:12

    Ərəblər "Kəpəz"lə oynamaq istəmədi

    31.07.2026 16:09:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved