Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Saysız-hesabsız qol fürsətlərimiz oldu" – Millimizin baş məşqçisi
    28.03.2026 15:44:46

    Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının (U-17) hədəfi Avropa çempionatının seçmə mərhələsinin II raundunda Malta ilə keçirəcəyi oyunda qələbə qazanmaqdır.

    Prosport.Az xəbər verir ki, bunu U-17-nin baş məşqçisi Aqil Nəbiyev deyib.

    O əvvəlcə Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib: "Bolqarıstanla ilk oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük "silahı" standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı imkanlar əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problem son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən 2-ci matçda da yaşadıq. Başdan sona qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də 2 dəfə 100%-lik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdır. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur".

    Aqil Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da autsayder Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı danışıb: "Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxır. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik".

    Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla 3-cü pillədə qərarlaşıb.

    Futbol

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45
    Futbol

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    Futbol

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31
    Futbol

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55
    Futbol

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50
    Futbol

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved