UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşanın "Rakuf" klubu artıq Bakıdadır.
Prosport.Az xəbər verir ki, Çenstoxova təmsilçisi bir az əvvəl Bakıya çatıb.
Qeyd edək ki, "Rakuf"un baş məşqçisi David Şvarqanın mətbuat konfransı sabah saat 18:30-da, komandanın açıq məşqi isə 19:00-dа Bakı Olimpiya Stadionunda reallaşacaq.

