Cordan Hendersonun "Əl-İttifaq"a gedişindən sonra "Liverpul" yarımmüdafiəçi axtarışlarını davam etdirir.
Prosport.Az xəbər verir ki, "mersisaydlılar" "Sauthempton"un yarımmüdafiəçisi Romeo Lavyanın keçidində israrlıdır.
"Liverpul"un ilk təklifi müsbət nəticələnməyib. "Daily Mail"in məlumatına görə, Yürqen Kloppun rəhbərlik etdiyi komanda 19 yaşlı futbolçu üçün 2-ci dəfə irəli atılacaq.
Qeyd edək ki, "Sauthempton" belçikalı futbolçu üçün 50 milyon avro tələb edir.

