Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Daha bir "Qarabağ" – "Sabah" oyununda insident: Maksim Medvedev komandanı meydandan çıxardı
    22.03.2026 20:06:07

    Əvəzedicilər Liqasının XXI turunun "Qarabağ" – "Sabah" görüşündə insident yaşanıb.

    Prosport.Az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən matçın gedişində Ağdam klubunun baş məşqçisi Maksim Medvedev futbolçuları meydandan çıxarıb.

    Çalışdırıcı bu addımı baş hakim Pərviz İbrahimovun qərarlarına etiraz olaraq atıb. Hadisələr 8-ci dəqiqədə "Sabah"ın bərabərlik qolu zamanı alovlanıb.

    Hücumun əvvəlində yan xətt hakimi oyundan kənar vəziyyətə görə bayrağını qaldırıb, ardınca referi fitini səsləndirib, amma fitdən sonra vurulan qol qeydə alınıb. Davamında bir neçə dəfə hakimlər briqadası "Qarabağ"ın əleyhinə qərarlar verib.

    Hadisələrin kulminasiya nöqtəsi 43-cü dəqiqədə Mərakeş əsilli belçikalı mərkəz müdafiəçisi Sami Mmaenin qırmızı vərəqə ilə meydandan qovulması olub. Məhz bundan sonra Maksim Medvedev sərt qərar verib, futbolçular meydanı tərk edib.

    Oyunda uzun fasilə yaranıb. Rəsmilər çətinliklə Maksim Medvedevi qərarından daşındırıb və yalnız bundan sonra oyun davam etdirilib.

    90+5-ci dəqiqədə bu dəfə "Qarabağ"ın futbolçusu Allahverdi Rəhimov qırmızı vərəqə ilə cəzalanıb. 9 nəfərlə qalan "köhlən atlar" sonda 2:1 hesablı qələbə qazanıb.

    Matçda texniki zonadan "Qarabağ"dan Maksim Medvedev, "Sabah"dan isə Elmir Ramazanov, Adino Mustedanaqiç və Din Xaliloviç də sarı vərəqə ilə cəzalandırılıb.

    "Sabah" bu xal itkisi ilə lider olmaq şansını əldən verib.

    Futbol

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi

    20.09.2026 18:32:29
    Futbol

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51
    Futbol

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09
    Futbol

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05
    Futbol

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18
    Futbol

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved