Azərbaycanın U-21 yığmasının sabiq üzvü Əmrə Kaplan Türkiyədə klubunu dəyişib.
Prosport.Az xəbər verir ki, müqavilə ilə "Başakşəhər"ə məxsus olan müdafiəçi "Ümraniyəspor"a icarəyə verilib. 22 yaşlı sol cinah müdafiəçisi 2024-cü ilin yayına qədər I liqa klubunda forma geyinəcək.
Qeyd edək ki, Əmrə Kaplan Azərbaycanın U-19 və U-21 yığmalarında forma geyinib.
Xatırladaq ki, "Ümraniyəspor"da azərbaycanlı futbolçu Coşqun Diniyev çıxış edir.

